Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyəti və proqnostik qiymətləndirilməsi
Müəllif | N.Mürsəl qızı |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Savad |
Nəşr yeri | Bakı |
N.Mürsəl qızı. Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziyyəti və proqnostik qiymətləndirilməsi . Bakı, Savad, 2024.
Təqdim olunan monoqrafiya Böyük Qafqaz ərazisində bəzi nadir və itmə təhlükəsində olan növlərin senopopulyasiyalarının müasir vəziy-yətinin tədqiqinə həsr edilmişdir. Monoqrafiyada klassik və müasir botaniki metodların tətbiqi ilə tədqiq olunan taksonların senopopulya-siyalarının məkan, ontogenetik, demoqrafik, morfometrik, vitalitet strukturu öyrənilmişdir. Həmçının taksonların hemorobiya qiymətlən-dirilməsi aparılmış, ekoloji faktorlardan asılılığı tədqiq edilmişdir. İlk dəfə olaraq bu taksonların populyasiyalarının potensial inkişafı və arealının proqnostik qiymətləndirilməsi üçün riyazi kompüter modeli yaradılmış və müvafiq proqnozlar tərtib edilmişdir. Monoqrafiya bio-logiya və ekologiya sahəsində çalışan mütəxəssislər, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin biologiya ixtisası üzrə tələ bələri üçün nəzərdə tutulmuşdur