Azərbaycanın sərhəd məsələləri (1918 - 1920-ci illər)
Müəllif | Lətif Babayev |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | İmza |
Nəşr yeri | Bakı |
Lətif Babayev. Azərbaycanın sərhəd məsələləri (1918 - 1920-ci illər). Bakı, İmza, 2025.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə sərhədlərin müəyyənləşməsi, mühafizəsinin təşkili tarixi problemləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq olunur. Kitabda Azərbaycanın ilk demokratik dövləti tərəfindən sərhəd mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, hökumətin və parlamentin sərhəd mühafizə qüvvələrinin formalaşdırılması, sərhədlərlə bağlı mübahisəli məsələlərin həlli istiqamətindəki fəaliyyətləri, siyasi partiya və
parlament fraksiyalarının bu problemlərə münasibəti və sair kimi məsələlər araşdırılır.