Tələbə taqımı
Müəllif | Etibar Muradxanlı |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Etibar Muradxanlı . Tələbə taqımı. Bakı, Qanun, 2018.
Etibar Muradxanlını universitet illərindən tanıyı-ram mən filologiya fakültəsinin dördüncü kursunda oxuyanda o birincidə oxuyurdu. Kənddən gələn, kreativ davranışından tutmuş sağlam görünüşünəcən universitet mühitinə dağ havası gətirən Etibar öz həmkursları arasında dərhal seçilir, diqqəti çəkirdi. Yuxarı kurslarda oxuyanlar yeni gələnləri adətən öz daxili tərəzilərində ölçüb-biçir, saf-çürük edirlər və mən də ilk gördüyümdə onun barəsində qərarımı vermişdim: bu oğlan universitetə, yəqin ki, öz gücüylə daxil olub; oxuyan tələbədir, onda "nəsə" var. O vaxt mənə elə gəlirdi ki, bu potensial "nəsə" Etibarın gələcək ədəbiyyatşünas fəaliyyətində üzə çıxacaq. Sonralar məlum oldu ki, yanılmamışam. Sadəcə bir fərqlə bu "nəsə öz realizəsini elmi yox, bədii yaradıcılıq sahəsində tapdı, Etibar alim yox, yazıçı oldu.