Cənnətim Şuşa
Müəllif | Güləmail Murad |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Güləmail Murad. Cənnətim Şuşa. Bakı, Elm və təhsil, 2022.
İyul ayının 10-da tanımadığım nömrədən xəbər verdilər ki, Güləmail xanım,siz də Vaqif Poeziya Günlərinə Şuşaya gedirsiz. Nağıllar aləminə düş-düm elə bil. Axı Qala deyilən Şuşaya qədim şuşalılar Şüşə deyərdilər - təmiz havası, şüşə kimi parlaq səmasına görə. Cıdır düzünə çıxsan, bütün ətraf şüşə kimi görünərdi. Şuşa dağ başında yerləşən nazlı mələk! Şuşa ətrafında ən yüksək zirvə Kirs dağı! Gövhər ağa məscidi, Xan sarayının qalıqları, İsa bulağı... Mən bütün bunları ilk dəfə görəcəkdim.