GERIYƏ

Həkimlərin söz dünyası II. kitab

Müəllif Əfrahim Hüseynli
Nəşr olunduğu il 2019
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Əfrahim Hüseynli. Həkimlərin söz dünyası II. kitab. Bakı, Elm və təhsil, 2019.

Ədəbiyyatımızın keçdiyi yola nəzər saldıqca, bu qibtəolunası yolun asan olmayan, zaman-zaman çətinliklərlə üz-üzə qalan bir yol olduğunu açıq-aydın görürük. Bu uzun-uzadı yolun tarixi orta əsrlərə qədər gedib çıxır. Bütün çətinliklərə baxmayaraq, zamanın ələyindən, imtahanından keçə-keçə həmin dövrlərdən indiyə kimi yazarlarımız təkcə Azərbaycan ədəbiyyatına deyil, eləcə də dünya ədəbiyyatına misilsiz töhfələr vermiş, öz əsərləri ilə tarixə möhürlərini vurmuşlar. Şahların, hökmdarların, xanların təqib və təsirləri ilə, bir sözlə dövrün çətinlikləri ilə üz-üzə qalsalar da, yazarlarımız haqqsızlığın nə demək olduğundan tutmuş haqqın ölməzliyinə qədər, vətənsevərlikdən tutmuş insan aliliyinə qədər nə varsa, öz əsərlərində zaman-zaman qələmə almışlar