GERIYƏ

Vətənin ölməz şəhidi

Müəllif Hüseyn Məmmədov
Nəşr olunduğu il 2021
Elm sahəsi Hərbi iş
Nəşriyyat Maarif
Nəşr yeri Bakı

Hüseyn Məmmədov. Vətənin ölməz şəhidi. Bakı, Maarif, 2021.

Hörmətli oxucu! Vətənə vurulan yaralar, igid oğulların qanı ilə yoğrulan torpaqlar, durna qatarı kimi səf-səf düzülən şəhid məzarları ürəyimizi sızıldadan ağrılardı. Öz jurnalist həyatını el-obasız təsəvvür edə bilməyən, təəssübkeş qələm dostumuz, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hüseyn Məmmədovun indi sizin qarşınızda "Vətənin ölməz şəhidi" kitabının əlyazmasını oxuyub qurtarmamış və oradakı dərdli (lakin şərəfli) talelərin təsiri altında istər-istəməz bu sözləri yazıram. Türkmanın keçdiyi şərəfli ömür yolu haqqında düşünə-düşünə, yaddaşımdan ürəyimə işıqlı bir kəlamın öyüdləri damcılayır.