Xəyallardan gerçəkliyə
Müəllif | Zenfira Nusalova |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | İmza Nəşrlər Evi |
Nəşr yeri | Bakı |
Zenfira Nusalova. Xəyallardan gerçəkliyə. Bakı, İmza Nəşrlər Evi, 2023.
Müəllif Zenfira xanım Nusalovanın "Xəyallardan gerçəkliyə" adlı bu kitabı söz aləminin sehrinə, gözəlliyinə apardı məni. Həyati düşüncələrini, xəyallarını, müşahidə etdikləri nə varsa qələminin gücüylə, bəsirət gözüylə ger-çəkliyə çevirməyə çalışan Zenfira xanım, söz dolu boxçasıyla, kəlmələrini naxışlayıb oxucuların görüşünə gəlib. Bu görüş başqa müəlliflərdən tamam fərqlidi...Həyati düşüncələrini xəyallardan gerçəkliyə çevirən müəllif əslində keçmişimizdən bu günümüzədək yaşadıqlarımızı içindəki oyanışın səsi ilə bizə çatdırmağa çalışıb. Nədir, bu oyanış?