Vətən uğrunda
Müəllif | Güləmail Murad |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Güləmail Murad. Vətən uğrunda. Bakı, Elm və təhsil, 2021.
“Vətən uğrunda ” kitabı tanınmış şair Güləmail Muradın hərbi vətənpərvərlik mövzusuna həsr etdiyi növbəti kitabıdır. Qarabağ müharibəsinin tarixini bilmək üçün onun bu mövzuya həsr olunmuş kitablarından çox şey öyrənmək olar. Bu kitablarda hərb tariximizdə iz qoymuş generallar, İkinci Dünya müharibəsində Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız, Vətən Müharibəsi Qəhrəmanlarımız, Vətən yolunda canından keçmiş əsgər və zabitlərimiz haqqında yetərincə məlumat var. Onun kitablarını oxuduqca qürur hissi keçirməmək mümkün deyil. Belə övladları olan Vətənin torpaqları işğalda qala bilməzdi