GERIYƏ

Tibb bacısının ümumcərrahi vərdişləri

Müəllif İqbal Qabil oğlu Əmənullayev
Nəşr olunduğu il 2016
Elm sahəsi Tibb elmləri
Nəşriyyat Ecoprint
Nəşr yeri Bakı

İqbal Qabil oğlu Əmənullayev. Tibb bacısının ümumcərrahi vərdişləri. Bakı, Ecoprint, 2016.

Azərbaycan dilində ilk dəfə yazılmış hazırki dərs vəsaiti Tibb kolleclərində tədris olunan "Cərrahi xəstəliklər otolarinqologiyanın əsasları ilə" fənninin proqramına uyğun şəkildə tərtib edilmişdir. Vəsaitdə praktiki olaraq cərrahiyyənin öyrənilməsi prosesində hər bir tələbənin mənimsəməli olduğu əsas cərrahi manipulyasiyalara göstəriş, əks göstəriş və onların yerinə yetirilmə texnikasının ardıcıllığı alqoritmlər şəklində təqdim edilmişdir. Vəsaitdə ən çox rast gəlinən müxtəlif patoloji vəziyyətlərdə lazım olan təxirəsalınmaz tibbi yardımın yerinə yetirilməsində, eləcədə, cərrahi xəstələrə qulluğun göstərilməsində, mürəkkəb müalicə prosesinin daimi iştirakçısı olan cərrahi profilli tibb bacısının rolu nəzərə çarpacaq dərəcədə qeyd edilmiş və peşə vərdişləri toplanmışdır.