Dedim bəlkə sözüm qala...
Müəllif | Qalib Rəhimli |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Class Print |
Nəşr yeri | Bakı |
Qalib Rəhimli. Dedim bəlkə sözüm qala.... Bakı, Class Print, 2023.
Bu kitab sözü bilən və bildiyini cəsarətlə, ürəyinin odu ilə yazan istedadlı jurnalist, publisist, tədqiqatçı, yazıçı Qalib Rəhimlinin yaradıcı ömrünün ehtiva etdiyi ədəbi-publisist düşüncələrinin bir hissəsidir. 2023-cü il Heydər Əliyev ilinə töhfə olaraq bu yönümdə təqdim etdiyi siyasi publisistikası daha çox diqqət çəkir. Uzun müddət müxtəlif mətbu orqanlarda işləyən, teleməkanda aparıcı müxbir kimi hörmət qazanan, ADAU-da 10 il mətbuat xidmətinə rəhbərlik edən, təcrübəli jurnalist kimi tanınan müəllif geniş müşahidə, ictimaiyyətlə ünsiyyət yaratma və analitik təhlil qabiliyyətinə malik olduğu üçün yazıları ciddi ictimai-siyasi, ədəbi məna kəsb edir. Əminik ki, bu kitab əhatəli oxucu çoxluğu tərəfindən qəbul ediləcək, oxunacaq, seviləcək, yadda qalacaq.