Azərbaycan oğullarını Vətənə qaytaran insan
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Ziya |
Nəşr yeri | Bakı |
. Azərbaycan oğullarını Vətənə qaytaran insan. Bakı, Ziya, 2010.
Çoxları oxları Ramiz Abutalıbovu parisli azərbaycanlı adlandirir və bunda bir həqiqət vardir. Onun həyatının əhəmiyyətli və ola bilsin ki, daha maraqlı hissəsi, həqiqətən də Fransa, onun bənzərsiz paytaxtı ilə baglidir. Ramiz Abuta-lıbov ötən əsrin 70-ci illərinin əvvəllərində çətin müsabiqədə qalib gələrək, BMT sisteminə dəvət olunmuş və uzun illər YUNESKO-da məsul vəzifələrdə SSRİ adlı nəhəng ölkəni təmsil etmiş ilk həmvətənimizdir. Bu, olduqca ciddi təşkilat-da Abutalıbovu yüksək qiymətləndirirdilər: o, yorulmadan və həvəslə işləyir, iki ölkə arasında mədəni əlaqələrin inkişa-fına hər cür kömək göstərirdi. Bu xidmətlərinə görə Fransa-nın Fəxri Legion ordeninə layiq görülmüşdü. Bütün bu illər ərzində onun əsas arzularından biri Azərbaycan tarixinin bir sıra dramatik hadisələrini, xalqımızın böyük oğullarının taleyi ilə bağlı həqiqətləri bərpa etmək idi və bunu xeyli dərəcə-də həyata keçirə bildi.