GERIYƏ

İki oğulun acısı

Müəllif Sabir Hüseynov
Nəşr olunduğu il 2024
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat İmza nəşrlər evi
Nəşr yeri Bakı

Sabir Hüseynov. İki oğulun acısı. Bakı, İmza nəşrlər evi, 2024.

Vətən torpağını qanı ilə suvaran igidlərin hər biri bir atanın oğlu kimi dünyaya gəlsələr də Azərbaycanın oğlu kimi tanındılar. Həmin qəhrəman oğullardan biri də İlqar Adil oğlu Əhmədovdur. O da gəlimli-gedimli dünyada öz ömrünü yaşadı. Şəhidlik İlqarın da tale qisməti oldu, yaxşı ad qoyub getdi, tarixə bir iz saldı. Onun qəhrəmanlıq izi ilə hələ çox oğullar addımlayacaq, bu iz cığıra, yola dönəcək. Və bu yolda həmişə İlqarın özü görünəcək.