Yüz on ikinci gün: roman
Müəllif | Naibə Yusif |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Mücrü |
Nəşr yeri | Bakı |
Naibə Yusif. Yüz on ikinci gün: roman. Bakı, Mücrü, 2024.
Bir neçə şeir və nəsr kitabının müəllifi olan Naibə Yusubovanı öncə facebook sosial şəbəkəsindən tanımışam - ciddi, mühakiməli, həm də səmimi biri kimi. Sonra onun şeirləri və nəsriylə tanış olmuşam istedadlı olmaqla yanaşı, həm də imanlı biri kimi. Və ona hər adama duymadığım hörmət hissim yaranıb. Naibə xanımın "Yüz on ikinci gün" romanının redaktəsi bir daha göstərdi ki, özümün ilkin "internettual" təəssüratımda yanılmamışam. Romanın səhifələri arasından öz qəhrəmanlarının taleyi ilə yaşayan bir vətəndaş, bədii yaradıcılığa məsuliyyətlə yanaşan bir yazıçı obrazının boylandığını gördüm və ona olan sayğım bir az da artdı.