Payız yağmurları. Şeirlər. Azərbaycanca və tatarca
Müəllif | Razil Vəliyev |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | XAN |
Nəşr yeri | Bakı |
Razil Vəliyev. Payız yağmurları. Şeirlər. Azərbaycanca və tatarca. Bakı, XAN, 2019.
Qardaşlıqlar körpü ilə qurulur, qardaşlar aralarındakı körpüləri sağlam tutur; ayrılıqlara da səhnə olsa belə, körpülər mahiyyətcə qovuşdurmaqçündür... Körpülərin ən gözəli könül körpüsüdür. Ədəbiyyat könül körpüsü inşaasında olmazsa-olmaz kateqoriyasındadır. Və budur, biz – Azərbaycan yeni nəsil yazarları qardaş tatar ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Razil Vəliyevin “Payız yağmurları” ilə gözləri, kö- nülləri şad etməyə gəlmişik. Mən “gəlmişik” sözünü təsadüfən
işlətmədim – inanıram ki, “Payız yağmurları”nın gəlişi var, gedişi yox. İnanıram ki, bu kitab oxucuların masaüstü kitablarından olacaq, kitabxanalarımızın tez-tez müraciət edilən nəşrlərindən biri olacaq və öz gəlişi ilə yeni körpülərin qurulmasına, yeni könüllərin fəthinə xidmət edəcək.