Beş ulduz
Müəllif | Güləmail Murad |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Hərbi iş |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Güləmail Murad. Beş ulduz. Bakı, Elm və təhsil, 2024.
Yaradıcılığının əsas mövzusu və qayəsi vətənpərvərlik olan şair Güləmail Murad sayca 40-cı kitabını oxuculara təqdim edir. Qarabağ münaqişəsi başlayandan o, qələmini silaha çevirib, insanlarımızın yurd sevgisindən, didərgin düşən insanlarımızdan, düşmən tapdağında inləyən torpağımızdan, Vətən yolunda canından keçən igidlərimizdən, xalqımızın qələbə əzmindən, nəhayət, böyük zəfərimizdən silsilə əsərlər yazaraq, 30 illik tariximizin bir çox səhifələrini işıqlandırmışdır. 44 günlük müharibədəki qələbəmizdən sonra da erməni separatçıları dəfələrlə təxribata al atmış və sonuncu geniş miqyaslı anti-terror əməliyyat 2023-cü il sentyabrın 19-da hayata. keçirilmişdir. Cəmi 23 saat çəkən əməliyyatdan sonra Azərbaycanın suverenliyi tam bərpa edilmiş, Xankəndiyə dövlət bayrağımız sancılmışdır. Bu əməliyyat da itkisiz keçməmiş, igidlərimiz canlarından keçmişlər. Güləmail Murad "Beş ulduz" kitabında. ənənəvi mövzusuna sadiq qalaraq, anti-terror əməliyyatları zamanı həyatını qurban vermiş beş şəhidimizin xatirəsini əbədiləşdirmişdir.