GERIYƏ

Hardan-haraya

Müəllif Coşğun Qarabulud
Nəşr olunduğu il 2017
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat XAN
Nəşr yeri Bakı

Coşğun Qarabulud. Hardan-haraya. Bakı, XAN, 2017.

Türkiyədə yaşayıb yaradan şair-publisist Coşğun Qarabuludun “Hardan haraya” şeirlər kitabı onun Azərbaycan oxucuları ilə ilk görüşüdür. Fəlsəfi düşücələrə, sətiraltı incə yumora köklənən şeirlərin oxucuların marağına səbəb olacağına inanırıq. Azərbaycan-Türkiyə! – Könül körpüləri ilə bir-birinə qucaq açan iki qardaş ölkənin insanları həm cismən, həm də ruhən bir-birinə çox bağlıdır. Bir millətin iki dövləti olaraq düşüncə tərzimiz və qəlbimiz eyni döyünməkdədir. Milli qürur hissi, vətəninə, elinə bağlılıq gözəgörünməz hisslərdir, lakin onu duymaq və görmək üçün insanın könül dünyasına, söz mülkünə baş vurmaq yetərlidir. Şifahi xalq ədəbiyyatından tutmuş, yazılı qaynaqlara qədər uzun bir yol keçmiş şeir-sənət abidələrimiz bizim birbirimizə nə qədər doğma olduğumuzu özgü şəkildə göstərməkdədir.