Heydər Əliyev irsi və Azərbaycan gəncliyi: Kulturoloji-ədəbi almanax
Müəllif | Aydın Xan Əbilov |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | İmza nəşrlər evi |
Nəşr yeri | Bakı |
Aydın Xan Əbilov. Heydər Əliyev irsi və Azərbaycan gəncliyi: Kulturoloji-ədəbi almanax. Bakı, İmza nəşrlər evi, 2024.
Kitab Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən həyata keçirilən "Heydər Əliyev irsi va Azərbaycan gəncliyi" kulturoloji layihə çərçivəsində çapa hazırlanmışdır. Kitabda Ümummilli Lider Heydər Əliyevin gənclərə ünvanlanmış, müxtəlif vaxtlarda səsləndirdiyi tarixi fikirlər, müdrik kəlamlar, aforizmlər, eyni zamanda, onun haqqında tanınmışların fikirləri, fərqli müəlliflərin Ulu Öndərə həsr olunmuş yazıları və şeirləri verilib. Bu kitab Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində nəşr olunur, satış üçün nəzərdə tutulmayıb. Nazirlik nəşrin məzmununa görə məsuliyyət daşımır.