Povest və hekayələr
Müəllif | Dərya Qılıc |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Dərya Qılıc. Povest və hekayələr. Bakı, Elm və təhsil, 2022.
Povest və hekayələri ilə Qılıcova Nailə Bahadur qızı (Dərya Qılıc) oxucuları ilə onuncu dəfə görüşə gəlib. Mü-əllif ətrafda cərəyan edən hadisələri, xalqımızın qarşılaşdığı ağrıacını, kədəri, qələbə sevincini,hər birimizi üzən şəhidlərin keçdiyi döyüş yolunu, rəşadətli ordumuzun göstərdikləri qəhrəmanlıq səlnamələrini məharətlə qısa bir mətində yerləşdirərək oxucusuna çatdırır. Kiçik bir hekayə oxucunu hadisədən ətraflı şəkildə xəbərdar edir. Dərin məhəbbətlə qələmə alınmış hekayələrin sətirləri həyacanla dolu olduğu qədər, oxucunu təsir altına düşürüb, öz orbitinə sala bilir. Nailə xanımın yanaşdığı bütün mövzular ibratəmiz, təbiyəvi əhəmiyyət daşıyır.