GERIYƏ

Onun daş nağılı

Müəllif Mahirə Nağıqızı
Nəşr olunduğu il 2020
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat ADPU nəşriyyatı
Nəşr yeri Bakı

Mahirə Nağıqızı. Onun daş nağılı. Bakı, ADPU nəşriyyatı, 2020.

“Onun daş nağılı” Mahirə Nağıqızının (Mahirə Nağı qızı Hüseynovanın) növbəti şeirlər kitabıdır. Bu, şairin əsasən son üç ildə, müxtəlif mövzuları əhatə edən şeirlər toplusudur. Bu kitabda insan üçün ən mərhəm duyğuların poetik təzahürü olan şeirlərdə haçansa gördüyünüz, yaxud cizgilərini yaddaşınızda canlandırdığınız mənzərələri, o mənzərələrin komponentlərini təşkil edən detalları, başlıcası, bütün bunların fövqündə dayanmış əbədiyaşar ideallarla baş-başa qalacağınıza şübhə etmirik. Ona da inanacaqsınız ki, insan duyğuları və məntiqinin tandemindən yaranan həmin ideallar bəşəriyyətin ömrü qədərdir. Bu şeirlərdə sizin hər birinizin şairin sözlə yaratdığı mənzərələr qarşısında heyrətlənəcəyinizi də bəri başdan demək mümkündür