İnnovasiya sahibkarlığı və texnoparkla
Müəllif | İsa Qasımov, Fərid Cəbiyev |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
İsa Qasımov, Fərid Cəbiyev. İnnovasiya sahibkarlığı və texnoparkla. Bakı, , 2017.
İnnovasiya yönümlü iqtisadiyyat indiki dövrdə ən dinamik və ən yüksək gəlirli istiqamətlərdən sayılır. Tarixə nəzər yetirdikdə görürük ki, dünyanın ən qabaqcıl iqtisadiyyatları yeniliklərə ən tez uyğunlaşa bilənlər sayılıb. Ona görə də Azərbaycan iqtisadiyyatının xammal ixracatçısından elm və innovasiya əsaslı iqtisadiyyata keçid strategiyası çox zəruridir. İndiki dövrdə rəqabət qabiliyyətli məhsul və xidmətlərin yaradılması ancaq bu proseslərə daha çox innovasiyanın tədbiq olunması ilə bağlı ola bilər. İnnovasiyalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından, əhali və ərazi göstəricilərinə görə, dünya bazarında bizi əhatə edən ölkələrdən daha əlverişsiz vəziyyətdəyik. Ona görə də bizim yeganə yolumuz, elmi texnoloji yanaşmalara daha çox əhəmiyyət verərək, bu əlverişsizliyi fürsətə çevirmək olmalıdır. Əlinizdə tutduğunuz bu kitabda innovasiya sahibkarlığı və təşəbbüskarlığı ilə bağlı problemlər və fürsətlər fundamental olaraq ələ alınıb. Bu işlərə daha çox ekosistem çərçivələri daxilində baxılmağa çalışılıb. Ekosistemdə mövcud olan bütün oyunçular o cümlədən, elm ocaqları, dövlət strukturları, özəl sektor, ixtisaslaşmış maliyyə qurumlarının rolu və adları qeyd olunan strukturlar arasındakı münasibətlər geniş şəkildə izah olunub. Bu oyunçuların ayrı ayrılıqda cəmiyyətə və iqtisadiyyata verdiyi dəyər və effektlər öyrənilməyə çalışılıb. Kitabla bağlı, diqqətlə qeyd etmək istədiyim məqamlardan biri isə, əsasən sahibkarlıq və təşəbbüskarlığın keçdiyi inkişaf və təkamül prosesidir.