Ələkeçməzlər -3
Müəllif | Yusif Əhmədov |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Yusif Əhmədov. Ələkeçməzlər -3. Bakı, Şərq-Qərb, 2013.
Tanınmış nasir Yusif Əhmədov ötən əsrin 60-cı illərində ədə-biyyata gələn yazıçılardandır. İlk kitabı "Əfqan hekayələri" adı ilə 1965-ci ildə Tacikistanın Düşənbə şəhərində çap olunub. "Ələ-keçməzlər-1" müəllifin sayca 20-ci kitabıdır. Kitabdakı eyniadlı roman öz janrına görə müəllifin başqa əsərlərindən fərqlənir. Azərbaycanın ilk milli detektiv romanı olan "Ələkeçməzlər-1" ki-tabındakı hadisələr 1992-2006-cı illər ərzində Bakı şəhərində və əyalətlərdə baş verən müxtəlif kriminal hadisələrdən bəhs edir.
Adam oğurluqları, qətllər, sifarişlə qətlə yetirilənlər və onlarca insanı heyrətə salan ölüm hadisələri, eləcə də ağır, zəhmətli, uzun vaxt aparan cinayət işləri. Hadisələrin mərkəzində DİN-in polkov-niki Hacı Məmmədov və onun quldur dəstəsi dayanır.