Sığorta fəaliyyətinin əsasları: dərs vəsaiti
Müəllif | Bəybala Aslan oğlu Xankişiyev |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | İqtisad Universiteti nəşriyyatı |
Nəşr yeri | Bakı |
Bəybala Aslan oğlu Xankişiyev. Sığorta fəaliyyətinin əsasları: dərs vəsaiti. Bakı, İqtisad Universiteti nəşriyyatı, 2006.
"Sığorta fəaliyyətinin əsasları" adlı dərs vəsaiti «Sığorta işi fənni kursunun tədris proqramına, ali və orta peşə təhsili standartlarına uyğun tərtib olunmuşdur. Dərs vəsaitində sığortanın mahiyyəti və əhəmiyyəti, iqtisadi və hüquqi əsasları, təkrar sığortanın növləri və formaları, onun xüsusiyyətləri, sığorta risklərinin idarə edilməsi, sığortaçının maliyyə sabitliyi və ödəmə qabiliyyəti, investisiya fəaliyyətinin xarakteristikası, sığorta təşkilatlarının maliyyə hesabatları və onların fəaliyyətinə dövlət nəzarəti, beynəlxalq sığorta bazarı və s. məsələlər şərh edilmişdir.