GERIYƏ

Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni №4

Müəllif Elmi red.: Məmməd Əliyev
Nəşr olunduğu il 2023
Elm sahəsi İnformasiya-sənəd menecmenti
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Elmi red.: Məmməd Əliyev. Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni №4. Bakı, Elm, 2023.

Çoxəsrlik zəngin elmi ənənələrə malik olan və görkəmli simaları ilə dünyada tanınan Azərbaycan elmi XX əsrdə daha ardıcıl və sistemli şəkildə inkişaf etmişdir. Xüsusən bu tarixi dövrdə Azərbaycanda ilk elmi qurumların təsis edilməsi və fəaliyyət göstərməsi ölkə üzrə böyük elmi dalğa yaratmış, elmi məktəblərin formalaşdırılmasında mühüm rol oynamışdır. Azərbaycan Elmlər Akademiyasının 31 mart 1945-ci ildən fəaliyyətə başlaması ilə ölkə elminin inkişafında yeni tarixi mərhələ başlanmışdır. Görkəmli elm xadimi, akademik Mirəsədulla Mirqasımov adı Azərbaycan elminin tarixinə Elmlər Akademiyasının qurucu prezidenti kimi daxil olmuşdur.