Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni №2
Müəllif | Elmi red.: Məmməd Əliyev |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Elmi red.: Məmməd Əliyev. Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni №2. Bakı, Elm, 2023.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev ili” elan olunmuşdur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.