Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni №1
Müəllif | Elmi red.: Məmməd Əliyev |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Elmi red.: Məmməd Əliyev. Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni №1. Bakı, Elm, 2024.
Azərbaycan tarixinin müxtəlif mərhələlərində baş vermiş hadisələri elmi cəhətdən sübuta yetirmək üçün həmin dövrlə bağlı faktların üzə çıxarılması, ayrı-ayrı mülahizələrin müqayisəli şəkildə qarşılaşdırılması və ən doğru hesab edilən faktın elmi dövriyyəyə daxil edilməsi əsas metodlardan biridir. Bununla belə, tarixçilər hadisələrin xronoloji ardıcıllıqla sadalanmasından əlavə, hadisələrin nə üçün baş verdiyini, onların baş verməsinə hansı şəraitin təsir etdiyini, sonrakı nəticələrini və necə şərh edildiyini anlamağa çalışırlar. Çünki tarix həm faktları, həm də fikirləri özündə ehtiva edir. Faktlar dəyişməz və obyektiv şəkildə yoxlanıla bilən məsələdir. Bir çox tarixi faktlar ilkin mənbələr tərəfindən təsdiq edilir ki, onlar tədqiq olunan dövrdə yaradılmış sənədlərdən və digər növ maddi obyektlərdən ibarətdir.