GERIYƏ

Heydər Əliyev və milli-mənəvi dəyərlər

Müəllif Adil Abdulla Əl-Fəlah
Nəşr olunduğu il 2007
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Qismət
Nəşr yeri Bakı

Adil Abdulla Əl-Fəlah. Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, Qismət, 2007.

Müasir Azərbaycan tarixinin yaradıcısı, dünya miqyaslı siyasətçi Heydər Əliyevin çoxşaxəli siyasi, ictimai və diplomatik fəaliyyəti istər ölkə daxilində, istərsə də xarici ölkələrdə bir çox tədqiqatların mövzusuna çevrilir, bu dahi şəxsiyyətlə ünsiyyətdə olanlar onunla görüşlərinin təəssüratlarını uzun illər unutmurlar. Həmin insanların sırasında Azərbaycanın sadiq dostu, Küveyt dövlətinin İslam işləri və Vəqflər Nazirinin I müavini, Asiya Müsəlmanları Komitəsinin sədri, doktor Adil əl-Fəlahın da adını xüsusi çəkmək olar.