GERIYƏ

Yeddidən1-i: bədii tərcümələr

Müəllif Afaq Şıxlı
Nəşr olunduğu il 2014
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

Afaq Şıxlı. Yeddidən1-i: bədii tərcümələr. Bakı, , 2014.

2011-ci ilin avqust ayı idi. Afaq xanımın yenicə işıq üzü görmüş "Səni düşünürəm" adlı şeir kitabının şərəfinə onların bağ evinə yığışmışdıq. İstedadlı şair Elman Tovuzun yazdığı ön sözü vərəqləyərək "Belə şeir kitabına ön söz müəllifi olmaq hamıya nəsib olmur, təbrik edirəm", dedim və Afaq xanımın əlimdəki kitabı ilə yanaşı, hələ mövcud olmayan gələcək kitabının şərəfinə badə qaldırdım. "Onda sıradakı kitabımın ön sözünü sən yazacaqsan", deyən şairə, o xəyali kitabın heç də xəyali olmadığına işarə etdi. Amma qismət deyilmiş. 2012-ci il may ayında Afaq xanım Bakıya gəlmişdi. Buzovnada, bu dəfə bizim bağ evimizdə yığışmışdıq. Söhbət əsnasında mən ön söz yazacağım kitabla bağlı vəziyyətin necə olduğunu bilmək üçün "Afaq, növbəti kitabı hazırlamısanmı?" deyə sözarası soruşdum. Afaq xanım isə: "Kitab artıq hazırdır, ön sözü də sevimli şairimiz Məmməd İsmayıl yazıb", dedi. Mən xəfifcə gülümsədim və "Çox əla! Məmməd İsmayıl gözəl şairdir!" Afaq isə, deyəsən, mənim gülümsəməyimin səbəbini anlamadı.