GERIYƏ

Milli ideal mücahidi

Müəllif Əlizadə Əsgərli
Nəşr olunduğu il 2005
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Elm
Nəşr yeri Bakı

Əlizadə Əsgərli. Milli ideal mücahidi. Bakı, Elm, 2005.

Kitab müəllifin uzun illər “XX əsr Azərbaycan ədəbi-bədii fikrində milli ideal və xalq taleyi problemi (Xəlil Rza Ulutürkün yaradıcılığı əsasında)” mövzusunda apardığı tədqiqatların əsasında hazırlanmış monoqrafiyadır. Əsərin birinci fəslində X.R.Ulutürkün milli özünüdərkinin şüur və məfkurə qaynaqları tarixi ədəbi proseslə birlikdə ideoloji-bədii olaraq aydınlaşdırılmışdır. Bu fəsildə X.R.Ulutürkün milli mənlik şüurunun xüsusiyyətləri, İstiqlalçılıq, Türkçülük, Vətənçilik, Xalqçılıq və geniş surətdə Azərbaycançılıq baxışları tədqiq olunmuşdur. İkinci fəsildə X.R.Ulutürkün ictimai-siyasi lirikasının təkamülü və onun fərdi müəyyənlik xüsusiyyətləri, poemalarının tarixə baxış keyfiyyətləri, tarixi gerçəklik zəminində sənətkarın milli xarakterinin təkamülü (lirik “Mən”, lirik qəhrəman, lirik şəxsiyyət, milli xarakter) izlənilmişdir. Üçüncü fəsildə sənətkarın ədəbi-tənqid, bədii tərcümə, publisistika və elmitarixi memuarlarının millilik və bəşərilik xüsusiyyətləri ehtiva olunmuşdur. Monoqrafiyada ümumən Azərbaycan ədəbiyyatının milli ideal və xalq taleyi təcrübəsi ümumtürk ictimai-ədəbi fikri zəminində bir sənətkarın yaradıcılığı əsasında ümumiləşdirilmişdir