İslam (sosial-iqtisadi münasibətlər)
Müəllif | İsmayıl Əli oğlu Feyzullabəyli, Əvəz İslam oğlu Bayramov |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Din |
Nəşriyyat | İqtisad Universiteti nəşriyyatı |
Nəşr yeri | Bakı |
İsmayıl Əli oğlu Feyzullabəyli, Əvəz İslam oğlu Bayramov. İslam (sosial-iqtisadi münasibətlər). Bakı, İqtisad Universiteti nəşriyyatı, 2008.
Monoqrafiyada söhbət əvvəldən axıradək islam təliminin külli-aləmdə sosial-iqtisadi münasibətlərinin müqəddəs haqq-ədalətlilik prinsipləri təntənəsinin hökmən zühur edəcəyi zərurətindən gedir. Problemin həllində onun təkzibedilməz rolu və yeri İlahi Kitabəmizə müqəddəs Qurani-Kərimə istinadən elmi əsaslarda şərh edilir. Təbiət, nemət, iqtisadi həyat, əmək, kapital, ticarət, idarəetmə, iqtisadi-sosial demokratiya, sosial və iqtisadi mühafizə, xeyriyyəçilik, ictimai şüurun saflaşması və bu kimi sair insani problemlərin həllinə qərəzsiz baxışlar zəncirvari ardıcıllıqla şərh edilir. Oxucu təbəqələrinin hamısı üçün anlamlı olsun deyə o, son dərəcə sadə şəkildə tərtib edilmişdir.