GERIYƏ

Seçilmiş əsərləri: III cilddə: II cild

Müəllif Məcnun Göyçəli
Nəşr olunduğu il 2016
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat MBM
Nəşr yeri Bakı

Məcnun Göyçəli. Seçilmiş əsərləri: III cilddə: II cild. Bakı, MBM, 2016.

Məcnun Göyçəli milli ruha köklənmiş, çağdaş poeziyamızın sayılan-seçilən nümayəndələrindəndir. Şairin "Seçilmiş əsərləri"nin ikinci cildinə zaman-zaman qələmə aldığı müxtəlif janrlı bədii nümunələr, o cümlədən altı poeması daxil edilmişdir. Məcnun Göyçəli yaradıcılığında təzəlik, poetik duyum, səmimiyyət, doğma el-obaya məhəbbət, yurd həsrəti, didərginlik həyatı, övlad dərdi başlıca yer tutur. Kövrək ruhlu, zərif duyğulu, incə deyimli ifadələr, gözlənilməz bədii sonluqlar şairin yaradıcılığına xas olan axar-baxarlı poetik lövhələr oxucu yaddaşında silinməz izlər buraxır, insanın mənəvi aləminə təzəlik və təravət gətirir. Yetər ki, səbrinizə yer göstərib, bu dəyərli şairimizi ağıl-kamal gözü ilə, ürəklə oxumağa girişib, zəngin poeziyası ilə dərdləşəsiniz.