GERIYƏ

Şanssız: hekayələr

Müəllif Rövşən Yerfi
Nəşr olunduğu il 2014
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Xan
Nəşr yeri Bakı

Rövşən Yerfi. Şanssız: hekayələr. Bakı, Xan, 2014.

Türk dünyasının dəyərli kitab əhli, sehrli qələm sahibi olan Çingiz Aytmatovun gözəl bir sözü var: "Yaxşı kitab müəllifin bəşər nəslinə hədiyyəsidir." Hansı janrda yazılmasından asılı olmayaraq bədii əsərlər insan taleyinin üzərində qurulmuş süjetlərlə təqdim olunur. İnsan bütün varlığı ilə mürəkkəb və sonuna qədər çözülə bilməyən varlıqdır. Elə bu da imkan verir ki, sehrli bir yaradılış olan insanın bütün dövrlərdə yaşadıqlarını müxtəlif yönləri ilə izah edən əsərlər yaransın. İnsan qədər insan taleyindən bəhs edən bədii ədəbiy-yat da mürəkkəb sənətdir. Yeni baxışın, yeni üslubun daşıyıcısı olan söz sənətkarı iz buraxmaq üçün öhdəsinə düşən vəzifəni yaxşı bilməlidir.