GERIYƏ

Baxmaqla görmək ayrıdı!

Müəllif Mina Rəşid
Nəşr olunduğu il 2016
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat "Avropa" nəşriyyatı
Nəşr yeri Bakı

Mina Rəşid . Baxmaqla görmək ayrıdı!. Bakı, "Avropa" nəşriyyatı, 2016.

Şüşə qorxulu deyil bütövsə əgər. Qorxulu nədi, qoruyucudu; soyuqdan qoruyar, istiliyi özündən keçirər, özünə heç nə saxlamaz, küləyin qabağına sipər olar. Hələ şəffafdısa, təmizdisə, bir özgə aləm. Arxasında duran olsa, sənə səni göstərər, arxası yoxsa -ǝtrafi... Qorxusu sınıb çiliklənsə olacaq. Yaman olacaq; çiliyi əlinə batacaq, ağrısı ürəyini deşəcək. Lap zərrəsi olsa belə, səksəkədə qalacaqsan...Bir də gördün, budu ha, ağ vərəqdə al ləkələr düşüb arxanca...