Dərs: sənədli povest və hekayələr
Müəllif | Rasif Əhmədov |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Rasif Əhmədov. Dərs: sənədli povest və hekayələr. Bakı, , 2017.
Yazıçı-sənətkar Rasif Əhmədovun "Dərs" sərlövhəli sənədli povestini oxuyub başa vurdum. Bu düşündürücü əsərin janrını müəyyən etməyə çalışdım. Epik növün povest janrının bütün tələblərinə cavab verən, maarifçilik missiyası ilə yüklənmiş bu maraqlı əsər həcmcə böyük olmasa da məzmun, mündəricə etibarı ilə çox böyük, geniş bir dövrü əhatə edir. Süjet xətti boyu yazıçı çox böyük mətləblərə, aktual problemlərə toxunur. Vətən, dövlət, xalq təəssübü çəkənlə-rin həyat tərzi, tarixi keçmişimizə dərin ehtiram, əsl vətən-pərvərlik, həqiqi dostluq, əsl ziyalı mövqeyi bu əsərdə öz inikasını tapır, aydın təhkiyə ilə oxucuya təbliğ və təlqin olunur. Dünənimizlə yanaşı, son iyirmi beş-otuz ilin dramatik ictimai-siyasi, sosial-mənəvi hadisələri, insan psixologi-yasında baş verən təbəddülatlar, cəmiyyətdə gedən müxtəlif proseslər, bunun adamların xarakterlərinə təsiri də yazıçının müşahidələri əsasında bədii ümumiləşdirmə vasitəsilə oxucuya təqdim olunur. Erməni məkrinin kökləri araşdırılaraq tarixi düşmənlərimizin iç üzü açılır. Məntiqi nəticələrə gəlməkdə yazıçıya elmi dəlil və faktlar tutarlı cavab kimi bir növ açar rolunu oynayır.