GERIYƏ

Azərbaycan əsgəri

Müəllif Şahnaz Şahin
Nəşr olunduğu il 2021
Elm sahəsi Hərbi iş
Nəşriyyat Ustac.az
Nəşr yeri Bakı

Şahnaz Şahin. Azərbaycan əsgəri. Bakı, Ustac.az, 2021.

Azərbaycan Əsgəri şanlı əsgər, böyük əsgər!!! Bəli, sözün əsl mənasında bu belədir! Ordu, döyüşmək, savaş ənənələri min illərə dayanan Azərbaycan oğulları həmişə öz xalqının, elinin, obasının başını uca etməyi bacarıb. Bu ifadə həm söz cəbhəsində, həm də düşmənlə üz-üzə əlində silah vuruşan vətənpərvər fədailərimizin hamısına aiddir. Şahnaz Şahinin 44 günlük Zəfər savaşının qəhrəmanlarına ithaf etdiyi bu kitab qarşıdan gələn 26 iyun Ordu Günü münasibəti ilə həm şəhidlərimizin ruhuna xoş töhfə, həm qazilərimizin yaralarına məlhəm, həm də hal-hazırda ordu sıralarında xidmət edən igid, ər oğullarımıza gözəl hədiyyədir! Kitabda şəhidlərimizə həsr olunmuş, onların həyat hekayəsini anladan 44 esse toplanmışdır.