GERIYƏ

Dastana dönən igidlər

Müəllif Əhmədov İltifat Məhərrəm oğlu
Nəşr olunduğu il 2021
Elm sahəsi Hərbi iş
Nəşriyyat Ecoprint
Nəşr yeri Bakı

Əhmədov İltifat Məhərrəm oğlu. Dastana dönən igidlər. Bakı, Ecoprint, 2021.

"Dastana dönən igidlər" kitabı Lənkəran jurnalistika məktəbinin yetirməsi İltifat Əhmədovun sayca üçüncü kitabıdır. Bundan əvvəl müəllifin "İllərin söz çələngi" (2019) və "Vətən sənə oğul deyir" (2020) kitabları işıq üzü görüb. Peşəkar, təcrübəli yazıçı-jurnalist növbəti kitabını doğulub boya-başa çatdığı Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən və Küvənil kəndindən olan mərd, igid oğulların Əfqanıstanda hərbi xidmət zamanı, eyni zamanda, 1-ci və 2-ci Qarabağ müharibələrində Vətən borcunu yerinə yetirərkən şəhid olmuş həmyerlilərinin, qazilərin, veteranların və iştirakçıların şərəfli ömür və döyüş yoluna həsr edib.