Haqdan axıdılan qan. I kitab. Ulusoy
Müəllif | Rəşad Tahiroğlu |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Gənclik |
Nəşr yeri | Bakı |
Rəşad Tahiroğlu. Haqdan axıdılan qan. I kitab. Ulusoy. Bakı, Gənclik, 2021.
Gənc alim, yazıçı Rəşad Tahiroğlunun qanlı tariximizin keçmişindən bəhs edən “Haqdan axıdılan qan” romanı son 200 ildə baş verən hay-erməni problemi, bu böyük planın pərdə arxasında olan görünməz “baş oyunçuları”, onların türk-islam dünyasına etdikləri səlib yürüşləri və min illərdə gizlədərək silmək istədikləri ön türk-türk tarixindən bəhs edən çoxhissəli kitabdır. Müəllif bu romanla çoxlu faciələr yaşamış tariximizin qan yaddaşını səhifələyir və oxuculara qanlı tariximizi xatırladır.