Zoologiyanın inkişaf tarixi
Müəllif | Ələddin Eyvazov, Elşad Əhmədov, Sara Əliyeva |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Adventum MMC nəşriyyatı |
Nəşr yeri | Bakı |
Ələddin Eyvazov, Elşad Əhmədov, Sara Əliyeva. Zoologiyanın inkişaf tarixi. Bakı, Adventum MMC nəşriyyatı, 2024.
Biologiya (yunanca “bios" - hǝyat, "loqos" elm ) həyat, onun forma və qanunauyğunluqları haqqında elmdir. Bu termini elmə ilk dəfə 1802-ci ildə fransız alimi J.B. Lamark və alman təbiətşünası Q.R. Treviranus bir - birindən xəbərsiz daxil etmişlər. Biologiya elmi canlılara məxsus bütün xüsusiyyətləri daşıyan orqanizmləri öyrənir.