GERIYƏ

Azərbaycanın musiqi xəzinəsi

Müəllif Firidun Şuşinski
Nəşr olunduğu il 2015
Elm sahəsi Mədəniyyət
Nəşriyyat
Nəşr yeri Bakı

Firidun Şuşinski. Azərbaycanın musiqi xəzinəsi. Bakı, , 2015.

Azərbaycanın əməkdar incəsənət xadimi, musiqişünas Firidun Şuşinskinin «Azərbaycan musiqi xəzinəsi» adlı bu samballı əsəri əvvəlki nəşrlərdən fərqli olaraq təkmilləşdirilmiş şəkildə yenidən geniş oxucu kütləsinə təqdim olunur. Burda xalq musiqisi və onun tanınmış nümayəndələri haqqında ilk dəfə ətraflı məlumat verilir. Kitabda Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər, Zabul Qasım, Segah İslam, Hüseynqulu Sarabski, Qurban Pirimov, Seyid Şuşinski, Bülbül, Xan Şuşinski ilə bərabər, oxuculara məlum olmayan neçə-neçə sənətkar haqqında da qiymətli məlumatlar var. Bu oçerklərin hər biri ciddi, ağır, bitkin bir tədqiqatın nəticəsidir.