GERIYƏ

Yaşam romanı: I kitab

Müəllif Təhmasib Novruzov
Nəşr olunduğu il 2006
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Vətən nəşriyyatı
Nəşr yeri Bakı

Təhmasib Novruzov. Yaşam romanı: I kitab. Bakı, Vətən nəşriyyatı, 2006.

Mən tələsmək istəmədim. Amma dahi tənqidçi V.Q.Belinskinin sözlərini xatırladım: "Roman tarixi faktları ifadə etməkdən çəkinib, onların yalnız məzmununu təşkil edən xüsusi hadisələrlə əlaqəli bir şəkildə olar, ancaq bu vasitələrlə tarixi faktların daxili tərəfini, necə deyərlər, astarını bizə açıb göstərər..." Bu sözləri ora-bura çəkməyə lüzum görmürəm. Amma bədii nəsrin də "atkeçməz" yolları yox deyil: İllərlə, gələcək həyatı yazıçı Mənində yaşayır, çırpınır, ətə-qana dolur və nəhayət şəxsiyyətin bədii təxəyyülündən sürüşüb çıxır. Bəzi balıqlar sayağı gur ve dupduru çaylara özünü atır və üzüyuxarı üzür, dünyaya yeni balalar gətirir. Və ölür. Bədii əsərsə ölmür!