GERIYƏ

Zəfərnamə

Müəllif Güləmail Murad
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Güləmail Murad. Zəfərnamə. Bakı, Elm və təhsil, 2021.

Şair Güləmail Murad hərbi-vətənpərvərlik mövzusunda on altı kitabın müəllifidir. Aprel döyüşlərindən bu yana o, müharibə mövzusuna daha çox müraciət etmişdir. Milli Qəhrəmanlarımızın, Vətən yolunda canından keçən əsgər və zabitlərimizin həyat yollarını, igidliklərini işıqlandıran "Qayıdış", "Aprel döyüşləri", "Qəhrəmanlıq yüksəkliyi", "Günnüt əməliyyatı", "Canını Vətənə sərhəd elədi", "Döyüş yolları", "Akula ləqəbli kəşfiyyatçı" və "Tovuz döyüşləri" kimi kitabları ümumilikdə hərb tariximiz barədə təsəvvür yaradır. Oxuculara təqdim olunan "Zəfərnamə"də hərblə sülh, xeyirlə şər üz-üzədir və əsər ədalətli müharibənin bir gün mütləq sülhlə nidalanacağına inamın ifadəsidir. Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifliyə həsr olunmuş poemadan, onun şəxsiyyətini və döyüş yolunu canlandıran publisistik parçalardan ibarət olan kitab eyni zamanda lirik-poetik, həzin ovqatı ilə də oxucuların ürəyinə yol tapacaq.