Azərbaycanlıların II dünya müharibəsində iştirakı
Müəllif | İsmayılov İ.Z. |
---|---|
Nəşr olunduğu il | 2000 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
İsmayılov İ.Z.. Azərbaycanlıların II dünya müharibəsində iştirakı. Bakı, , 2000.
II dünya müharibəsində 60-dan çox ölkənin 2 milyarddan artıq əhalisi cəlb edilmişdi ki, bu da o zaman dünya əhalisinin 80%-ni təşkil edirdi. Birinci və ikinci dünya müharibələri arasında Dünyanın nisbətən dine yaşaması dövrü 20 il çəkdi. Lakin bu "dine dövrdə də bəşəriyyət hərbi qarşıdurmalardan böyük itkilər vermişdir. Məşhur İsveç siyasətçisi Pyer Almark "Açıq yara" kitabında (1997) yazır ki, XX əsrin "dine dövrlərində" Dünyada 170 milyon insan məhv edilmişdir. 110 milyonu kommunistlərin hakimiyyətdə olduqları ölkələrin payına düşür (bundan 62 milyonu 1917-1987-ci illər üzrə Sovetlər İttifaqı xalqlarının verdiyi itkilərdir). Əlbəttə buraya repressiya dövrünün siyasi qurbanları da daxildir.