GERIYƏ

Kamil insan

Müəllif Ustad Şəhid Mürtəza Mütəhhəri
Nəşr olunduğu il 2001
Elm sahəsi Din
Nəşriyyat Mədyən
Nəşr yeri Bakı

Ustad Şəhid Mürtəza Mütəhhəri. Kamil insan. Bakı, Mədyən, 2001.

Söhbətimizin mövzusu islam baxımından kamil insan barəsindədir. Kamil insandan məqsəd nümunəvi, daha ali və uca insandır. İnsan da digər yaranmışlar kimi, kamil və qeyri-kamil, eybli, nöqsanlı və ya sağlam olur. Sağlam insanın özü də iki qismdir: Sağlam kamil insan və sağlam qeyri-kamil insan. Biz müsəlmanlara, islam baxımından kamil və nümunəvi sayılan insanı tanımaq vacibdir. Çünki o, bizim üçün örnək və simvol rolunu oynayır və islam dininin ali hədəfi kamil insan formalaşdırmaqdır.