Sülh və sabitlik Prezidenti
Müəllif | Abdullayev Vaqif |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Dövlətçilik, Siyasət |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
Abdullayev Vaqif. Sülh və sabitlik Prezidenti. Bakı, Təhsil, 2004.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Vaqif Abdullayev 6 kitab və 50-dən artıq elmi məqalənin müəllifidir. Onun ölkə Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş «O, böyük siyasətə hazırdır» kitabı 1999-cu ildə çapdan çıxmışdır. Geniş oxucu kütləsinin rəğbətini qazanmış bu kitab rus, ingilis, ukrain, gürcü və latış dillərinə tərcümə olunmuşdur.
Müəllif növbəti kitabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diplomatik və dövlətçilik fəaliyyətinə, həmçinin ölkənin sosial-iqtisadi inkişaf strategiyasının formalaşmasına və həyata keçirilməsinə xüsusi yer ayırır, siyasi varisliyin tarixi zərurətinin elmi metodologiya baxımından əsaslandırılmasına cəhd göstərir