Böyük siyasətin davamı. IV cild (çoxcildli)
Müəllif | Xanhüseyn Kazımlı |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Dövlətçilik, Siyasət |
Nəşriyyat | Nurlar |
Nəşr yeri | Bakı |
Xanhüseyn Kazımlı. Böyük siyasətin davamı. IV cild (çoxcildli) . Bakı, Nurlar, 2008.
Çağdaş siyasi tariximizə işıq salan, oxucuların böyük marağına səbəb olan "Böyük siyasətin davamı" çoxcildliyinin növbəti dördüncü cildi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin ikinci ilinin ilk 4 ayını əhatə edir. Kitabda ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və həyata keçirdiyi müstəqil dövlət quruculuğu strategiyasının uğurlu nəticələri, ölkə rəhbəri İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və mədəni sahələrdə əldə edilən tarixi nailiyyətlər geniş əksini tapmışdır.
Dövlət başçısının daxili və xarici siyasət sahəsində həyata keçirdiyi mühüm tədbirlər, onun müxtəlif ölkələrə və Azərbaycanın regionlarına səfərləri, ayrı-ayn kollektivlərlə, görkəmli İctimai-siyasi xadimlərlə və tanınmış insanlarla görüşləri cilddə xronoloji ardıcıllıqla verilib. Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan genişmiqyaslı humanitar proqramlar, ölkənin elmi-mədəni həyatının yaddaqalan hadisələri də bu nəşrdə ətraflı işıqlandırılıb.
Kitab professor Xanhüseyn Kazımlının ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə töhfəsidir.