Heydər Əliyev ideyalarının zəfər yürüşü
Müəllif | Yaqub Mahmudov (Mahmudlu) |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Dövlətçilik, Siyasət |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
Yaqub Mahmudov (Mahmudlu) . Heydər Əliyev ideyalarının zəfər yürüşü. Bakı, Təhsil, 2011.
Kitabda Heydər Əliyev şəxsiyyəti, onun zəngin irsinin və ideyalarının da-vamçısı olan Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti və bu siyasətin uğurları Azərbaycanın dövlətçilik tarixi fonunda araşdırılır. Əsərdə Ulu Öndərin doğma xalqına bəxş olunmuş ömür yoluna «Azərbaycanın dövlətçilik tarixindən», «Azərbaycan dövlətçiliyinin xilaskarı», «Ötən minilliklərin tarixinə Heydər Əliyev baxışı və ya tariximizin dirçəliş konsepsiyası», «Qurtuluş mübarizəsinin qalibi», «Yeni Azərbaycan Partiyasının banisi, Yeni Azərbaycanın qurucusu», «Ata Yurdumuzun Atatürkü» adlanan ayrıca başlıqlar həsr olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi böyük quruculuq və abadlıq işləri, xalqımızın parlaq gələcəyinə istiqamətlənmiş islahatlar proqramı və milli təəssübkeşlik fəaliyyəti kitabın «Heydər Əliyev zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi» və «Heydər Əliyev ideyalarının zəfər yürüşü» bölmələrində tədqiq edilmişdir.
Kitab Heydər Əliyev irsini, onun inkişaf strategiyasını müasir mərhələdə uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyətini öyrənən tarixçilər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.