GERIYƏ

Azərbaycan 2013-2003: əsrə bərabər illər. Humanitar siyasət: qəbul edilən qərarların gələcəyə yönümlülüyü

Müəllif
Nəşr olunduğu il 2013
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

. Azərbaycan 2013-2003: əsrə bərabər illər. Humanitar siyasət: qəbul edilən qərarların gələcəyə yönümlülüyü. Bakı, Şərq-Qərb, 2013.

Qəbələdə müasir mədəniyyət, incəsənət mərkəzinin tikilməsinə böyük ehtiyac var idi. Belə gözəl, həm memarlıq, həm funksional cəhətlərdən çox gözəl binaların tikilməsi onu göstərir ki, Azərbaycan dövləti uğurla inkişaf edir. Biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük. Burada ham sosial, ham madaniyyət, infrastruktur layihələri uğurla icra edilir. Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeropor-tunun açılışını qeyd edirdik. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuş-ların sayı getdikcə artacaqdır. Qəbələ rayo-nunun sakinləri və ətraf rayonlarda yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması bütün bunlar son illərin reallıqlarıdır.