GERIYƏ

Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər)

Müəllif Sevinc Abbasova
Nəşr olunduğu il 2019
Elm sahəsi Tarix
Nəşriyyat "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi
Nəşr yeri Naxçıvan

Sevinc Abbasova. Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970-2015-ci illər). Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyi, 2019.

Bu dərs vəsaiti ilk növbədə müstəqillik dövrü Azərbaycan tarixşünaslığı üçün son dərəcə aktuallığı ilə səciyyələnən və xüsusi əhəmiyyət kəsb edən bir problemin elmi əsaslarla sistemli ve kompleks şəkildə tədqiqinə həsr olunması baxımından maraq doğurur. Müəllif tamamilə obyektiv elmi mövqe nümayiş etdirərək əvvəlcə öyrəndiyi tarixi mərhələnin xarakterik cəhətlərini aydınlaşdırmış, Heydər Əliyevin birinci dəfə Azərbaycanda ali hakimiyyətə gəlişindən müasir dövrədək ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və siyasi həyatında baş verən mütərəqqi dəyişiklikləri ümumi şəkildə dəyərləndirmiş, qadın siyasətinin daha qətiyyətlə gündəmə gətirildiyini və bu səbəbdən qadınların sosial tərəqqisində görünməmiş nailiyyətlərin əldə edilməsini təkzibedilməzfaktlarla təsdiqləmişdir.