Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarından mart 1918-ci ilə qədərki ədəbi mühit)
Müəllif | Alxan Bayramoğlu |
---|---|
Nəşr olunduğu il | 1997 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Maarif |
Nəşr yeri | Bakı |
Alxan Bayramoğlu . Şamaxıda maarif və maarifçilik (XIX əsrin ortalarından mart 1918-ci ilə qədərki ədəbi mühit). Bakı, Maarif, 1997.
Kitabda qədim tarixə, zəngin ədəbi ənənələrə malik Şamaxının timsalında XIX əsrin ortalarından 1918-ci ilin mart qırğınlarına qədərki dövrdə Azərbaycanda maarif və mədəniyyətin, o cümlədən maarifçilik ədəbi hərəkatının yaranması inkişaf xüsusiyyətləri araşdırılır. Müəllif elmi-tarixi mənbələrə, arxiv materiallarına və ədəbi-bədii nümunələrə istinadən ictimai-ədəbi və milli mədəni fikir tariximizin mənzərəsini ilk dəfə olaraq regional aspektdə işıqlandırmaqla bərabər, milli mənlik şüurumuzun formalaşmasına nəzər salır, bu işdə xidmətləri olan ədəbiyyat və mədəniyyət xadimlərimizin əməyini obyektiv qiymətləndirməyə çalışır. Əsər polemikliyi ilə də diqqəti cəlb edir.