GERIYƏ

Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər)

Müəllif V. Z. Piriyev
Nəşr olunduğu il 1978
Elm sahəsi Tarix
Nəşriyyat Elm
Nəşr yeri Bakı

V. Z. Piriyev. Azərbaycan Hülakülər dövlətinin tənəzzülü dövründə (1316-1360-cı illər). Bakı, Elm, 1978.

Azərbaycanın orta əsrlər tarixinin bir çox dövrləri indiyədək ətraflı öyrənilməmiş və tarixi ədəbiyyatda işıqlandırılmamışdır. Bunun əsas səbəblərindən biri orta əsrlərə aid yazılı ilk mənbələrin azlığıdır. Digər tərəfdən, Azərbaycan tarixinin bir sıra dövrləri həddən artıq dolaşıq olduğundan onların ümumi tarix baxımından öyrənilməsi çətinlik törədir və bu illəri ayrıca tədqiq etmək lazım gəlir. Belə dövrlərdən biri oxuculara təqdim olunan bu kitabın əhatə etdiyi 1316-1360-ct illərdir. Bu dövr, xüsusilə onun ikinci hissəsi (1336-1360-cı illər) Azərbaycan tarixində ən çətin dövrlərdən biri sayılır. Belə ki, qeyd olunan vaxtda Azərbaycanda və Yaxın Şərqin bir sıra ölkələrində mövcud olmuş Hülakülər (Elxanilər) dövləti tənəzzülə uğramış, müxtəlif hissələrə parçalanmış və nəhayət, süqut etmişdir. Azərbaycan ərazisi hakimiyyət uğrunda mübarizə aparan müxtəlif feodal qrupları arasında gedən müharibələr meydanına çevrilmişdi.