Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsilə və təhsil xadimlərinə qayğısı Dərs vəsaiti
Müəllif | Abbas Səmədov Abbas oğlu |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Gəncə |
Abbas Səmədov Abbas oğlu. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsilə və təhsil xadimlərinə qayğısı Dərs vəsaiti. Gəncə, , 2010.
<<Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsilə və təhsil xadimlərinə qayğısı» adlı dərs vəsaiti ulu öndərimiz Heydər Əliyevin və Prezidentimiz İlham Əliyevin təhsilin inkişafına və təhsil xadimlərinə göstərdikləri müqəddəs qayğıya həsr edilmişdir.
Səkkiz bölmədən ibarət dərs vəsaiti tarixilik, elmilik, müqayisəlilik, pedaqoji və metodik prinsiplər əsasında təhlil edilmiş, dərs vəsaitindəki materiallar ümumiləşdirilmiş və yekunlaşdırılmışdır. Dərs vəsaitində Azərbaycanda təhsilin daha da təkmilləşdirilməsi və parlaq zirvələrə yüksəldilməsi haqqında müqəddəs vəzifələrin ətraflı izahı verilmiş, Azərbaycanda gənclərin müasir biliklərə və texnologiyalara yiyələnməsinə yaradılmış parlaq şərait geniş şərhini tapmışdır.
Dərs vəsaitində müstəqillik dövrümüzdə məktəbə, təhsilə qayğı, kömək elmi-nəzəri və pedaqoji-metodik meyarlar əsasında şərh edilmiş və yekunlaşdırılmışdır.
Dərs vəsaiti haqqında arzu və tənqidi münasibətlərini bildirən, xeyirxah köməklərini əsirgəməyən mütəxəssislərə, ziyalılara və oxuculara öncə dərin minnətdarlığımızı bildirir, onlara uzun ömür və cansağlığı arzulayırıq.